DİN avtobus dayanacaqlarını zəbt edən sürücülərə xəbərdarlıq edib
Far.Az xəbər saytı

DİN avtobus dayanacaqlarını zəbt edən sürücülərə xəbərdarlıq edib


Daxili İşlər Nazirliyi avtobus dayanacaqlarını zəbt edən sürücülərə xəbərdarlıq edib.

Bu barədə BAKU.WS-ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, dəfələrlə edilən xəbərdarlıqlara və intizam tədbirlərinə baxmayaraq hələ də avtobus dayanacaqlarında nəqliyyat vasitələrini saxlayan sürücülərə rast gəlinir:

"Nəzərə alınmalıdır ki, belə olan halda ümumi istifadədə olan nəqliyyat vasitələri, yəni avtobuslar yolun hərəkət zolağında dayanmalı olur. Bu da sərnişinlərin və piyadaların həyatı üçün ciddi təhlükə yaradır.

Qeyd edək ki, 5.12, yəni "Avtobusun dayanacaq yeri" nişanının tələbini pozan digər hərəkət iştirakçıları polis əməkdaşı tərəfindən vizual olaraq və ya xüsusi texniki vasitələrlə aşkarlandığı təqdirdə barələrində inzibati xəta protokolu tərtib edilir".

DİN müraciətində qeyd edib ki, dayanacaqlarda avtobusların normal hərəkətinə, sərnişinlərin rahat minib-düşməsini təmin etmək məqsədi ilə qeyd edilən nişanın qoyulduğu yerdən hər iki tərəfə 15 metrdən az olmamaqla yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və durması da qadağandır:

"Yaşayış məntəqələrində sürücülər dayanacaqdan hərəkətə başlayan avtobuslara yol verməli, avtobus sürücüləri isə yalnız onlara yol verildiyinə əmin olduqdan sonra hərəkətə başlamalıdırlar"- deyə müraciətdə bildirilir.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər