SOCAR-ın prezidenti OPEC beynəlxalq seminarında iştirak edib
Far.Az xəbər saytı

SOCAR-ın prezidenti OPEC beynəlxalq seminarında iştirak edib


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Avstriyanın paytaxtı Vyanada keçirilən 9-cu OPEC beynəlxalq seminarında iştirak edib.

Far.Az SOCAR-a istinadən xəbər verir ki, dünyanın qabaqcıl enerji şirkətlərini bir araya gətirən və qlobal enerji gündəliyinə dair müzakirələr üçün mühüm platformaya çevrilən seminar çərçivəsində SOCAR prezidenti bir sıra tədbirlərdə iştirak edib və ikitərəfli görüşlər keçirib.

"Siyasət və tənzimləmələr: Ədalətli və real enerji gələcəyi" mövzusunda keçirilən yüksəksəviyyəli dəyirmi masada çıxış edən Rövşən Nəcəf enerji keçidinin hər bir ölkənin milli şəraitinə və iqtisadi potensialına uyğun şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edib. Bu xüsusda, müasir dövrdə Azərbaycanın enerji strategiyası, həmçinin SOCAR-ın enerji təhlükəsizliyi və davamlı inkişaf istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

R. Nəcəf tədbir çərçivəsində "TotalEnergies" şirkətinin baş icraçı direktoru Patrik Puyanne, "Halliburton" şirkətinin İdarə Heyətinin sədri Ceff Miller, "Crescent Petroleum" şirkətinin baş icraçı direktoru Məcid Cəfər və OQEP şirkətinin baş icraçı direktoru Əhməd Əl Əzkavi ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib, birgə həyata keçirilən layihələr üzrə fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər