Minaya düşən şəxsin vəziyyəti ağırdır, ayağı amputasiya ediləcək
Far.Az xəbər saytı

Minaya düşən şəxsin vəziyyəti ağırdır, ayağı amputasiya ediləcək


Ağdərədə minaya düşən şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Far.Az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Məlumata əsasən, ilkin tibbi yardım göstərilən pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.

Sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu təyin edilən şəxs üzərində cərrahi əməliyyat icra olunacaq.

Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

***09:42

Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində iyulun 10-da mina hadisəsi baş verib.

Far.Az xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

Məlumata əsasən, 1979-cu il təvəllüdlü Quluyev Qulu Tufan oğlu minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

***09:34

Ağdərədə 46 yaşlı kişi minaya düşüb.

Far.Az "Report"a istinadən xəbər verir ki, Şıxarx sakini 1979-cu il təvəllüdlü Quliyev Qulu Tufan oğlu rayonun Həsənqaya adlı ərazisində mal-qara otara zaman minaya düşüb.

Yaralı Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Oxşar xəbərlər

Ağdamda ata və azyaşlı övladları minaya düşüblər
Ağdərədə 46 yaşlı kişi mal-qara otaran zaman minaya düşüb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xocavənddə əlində qumbara partlayan 23 yaşlı gəncin barmaqları amputasiya olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər