“Ziraat Bank Azərbaycan”ın Müşahidə Şurasına yeni sədr təyin edilib
Far.Az xəbər saytı

“Ziraat Bank Azərbaycan”ın Müşahidə Şurasına yeni sədr təyin edilib


“Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasına yeni sədr təyin edilib.

"Far.Az-Economics" xəbər verir ki, dövri yerdəyişmə planına əsasən, “Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasına Hüseyn Özuysal sədr seçilib.

O, bu vəzifədə Himmet Aksoyu əvəzləyib.

Qeyd edək ki, Hüseyn Özuysal Türkiyədə Ziraat Bankasında 1994-cü ildən fəaliyyətə başlayıb. 2023-cü ilə kimi bankda müxtəlif vəzifələrdə çalışıb, o cümlədən menecmentdə təmsil olunub. 2023-cü ilin sentyabr ayından yeni vəzifəsinə qədər isə Bankın İnsan Resursları üzrə Baş Direktorun müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, “Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Oxşar xəbərlər

Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər