SPF-lər dərini BU TƏHLÜKƏLİ XƏSTƏLİKDƏN QORUYUR - AÇIQLAMA
Yay mövsümündə aktual problemlərdən biri də düzgün SPF seçimidir. Günəşin zərərli ultrabənövşəyi şüalarından qoruduğu ehtimal edilən bu kremlər geniş müzakirələrə səbəb olur. Bunlar əsasən onun necə istifadə edilməsi və dəri xərçəngi yaratma ehtimalının olması ilə bağlıdır. Bəs normalda SPF-lər necə istifadə edilməlidir? Hansı faizli SPF-lərə üstünlük verilməlidir? SPF-lər həqiqətən dəri xərçəngi yaradır?
Bu suallara cavab tapmaq üçün dermotolqlara müraciət etdik.
Far.Az-ə açıqlama verən həkim-dermatoloq Pərviz Dadaşov SPF-lərdə günəşin zərərli şüalarını blok edən formullar olduğunu bildirib. Onun istifadə qaydasını izah edib:
"Dənizə gedəndə suya davamlı, üzərinə "50+", "100+" yazılan SPF-lərdən istifadə etməlisiniz. SPF evdən çıxmadan yarım saat əvvəl vurulur. Dənizdə də iki saatdan bir yenilənməlidir. SPF-in mütləq vurmaq lazımdır. Çünki bəzi şimali Avropa ölkələrində dəri xərçənfinin təhlükəli növü oaln melanoma xəstəliyinin yayılması çoxdur. Bu SPF-lər sayəsində xəstəliyin qarşısını almaq mümkündür. SPF-lərdə günəşin zərərli şüalarını blok edən formullar var".
Dermatoloq SPF-in xərçəng yaratma ehtimalından da danışıb.
O bildirib ki, bu absurd iddiadır. Əksinə SPF dərini xərçəng xəstliyindən qoruyur.
"SPF-in dəri xərçəngi yaratması bir neçə həkim tərəfindən elan edilib. Lakin heç bir elmi mənbədə yoxdur. Sadəcə olaraq doğru SPF seçilməlidir. Başqa qatqı maddələri olan işbazların hazırladığı SPF-lər istifadə etmək olmaz. SPF-lər dərini xərçəngdən qoruyur".
Dermotoloq həkim Tünzalə Əzizli isə Far.Az-ə açıqlamasında bildirib ki, SPF-lər sadəcə yay deyil, bütün mövsümlərdə istifadə edilməlidir:
"SPF-lərin istifadəsi mütləq lazımdır. Onların üzərinə yazılan o faizləri çox fərqlənmir. SPF "50" və "100" faiz arasında elə də ciddi fərq yoxdur. Qışda minimum SPF "30" istifadə etmək lazımdır. Yayda isə "50" və "100" faizli SPF-lərdən istifadə etmək lazımdır. SPF-i günəş olmayada da vurmaq olar. O günəşin ultrabənövşəyi UVA və UVB şüalarından qorunmaq üçündür. Həssas dərili adamlar var. Yaz, yay, payız, qış istifadə etmək lazımdır".
Məlumat üçün bildirək ki,
• SPF 15: UVB şüalarının təxminən 93%-ni bloklayır
• SPF 30: UVB şüalarının təxminən 97%-ni bloklayır
• SPF 50: UVB şüalarının təxminən 98%-ni bloklayır
• SPF 100: UVB şüalarının təxminən 99%-ni bloklayır.
SPF yalnız UVB şüalarına qarşıdır! UVA şüaları da dərini zədələyir (qocalma, dəri xərçəngi riski). Buna görə də "Broad spectrum" və ya "UVA/UVB qoruma" yazılan kremlərdən istifadə edin.
Günəş altında uzun müddət qalacaqsınızsa, SPF 50+ daha uyğundur. Körpələr və uşaqlar üçün fiziki filtrlər (sink oksid, titanyum dioksid) olan SPF kremlər daha uyğundur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu il beynəlxalq axtarışda olan 22 nəfər xarici ölkələrdən ektradisiya edilib, 6 nəfər təhvil verilib
-
Suqovuşanda "Prezident Kuboku 2026" beynəlxalq reqatasının yarışları başlayıb
-
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
-
Mikayıl Cabbarov: "Özəl sektorda olan resurslar sonsuz deyil"
-
Onlayn ticarət çətinləşir - Qiymətlər bahalaşacaq?
-
Mikayıl Cabbarov: "Sahibkarlığın inkişafı bir neçə vacib mərhələdən keçib"













