Övladlarına nağıl danışan valideynlərin NƏZƏRİNƏ - Çox təhlükəlidir
Psixoloqlar milli nağıllarda yer alan qorxu motivlərinin uşaqların psixoloji inkişafına həm müsbət, həm də mənfi təsirlər göstərə biləcəyini bildirirlər.
Far.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, "Div", "Cin", "Qulyabani" kimi obrazlar uşaqlarda qorxu hissini gücləndirə və yuxu pozuntularına səbəb ola bilər. Eyni zamanda, bu nağıllar simvolik məna daşıyaraq uşaqlara yaxşı ilə pisi ayırd etməyi, təhlükəni tanımağı öyrədir.
Uşaq psixoloqlarının sözlərinə görə, burada əsas məqam valideynin nağılı necə çatdırması və uşağın yaşına uyğun olub-olmamasıdır.
Mütəxəssislər nağıl seçimində diqqətli olmağı, qorxulu məqamların yumşaq dillə ifadə edilməsini və sonunda təhlükənin necə dəf edildiyini vurğulamağı tövsiyə edirlər.
Beləliklə, qorxu elementləri düzgün təqdim olunduqda, uşaqlar üçün həm əyləncəli, həm də tərbiyəvi vasitəyə çevrilə bilər.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Məktəblərdə psixoloqların fəaliyyəti qaneedicidir?
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2026)
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Azərbaycanda 4 ayda sığortaedənlərin sayı 2,2 milyondan çox olub













