Tik-tok-da insanlara dərman məsləhət görülür - Tanınmış professdordan XƏBƏRDARLIQ
Far.Az xəbər saytı

Tik-tok-da insanlara dərman məsləhət görülür - Tanınmış professdordan XƏBƏRDARLIQ


Son vaxtlar bəzi aptek işçilərinin "Tik-Tok" kimi sosial platformalarda canlı yayımlar açaraq izləyicilərə dərmanlar barədə "məsləhətlər" verməsi və hətta dərman tövsiyə etməsi halları artmaqdadır.

Far.Az-in məlumatına görə, bu cür fəaliyyətlər, ilk baxışda "maarifləndirmə" kimi görünsə də, əslində ciddi təhlükələr daşıyır və insan sağlamlığını risk altına atır.

Ən ciddi problem ondan ibarətdir ki, canlı yayımda dərman təklif edən şəxslər adətən həkim deyil, sadəcə aptekdə çalışan satıcı və ya texniklərdir. Bu şəxslərin tibb təhsili və diaqnostika hüququ olmadığı üçün hər hansı xəstəliklə bağlı dərman tövsiyəsi vermələri qanunla da qadağandır və insan orqanizmi üçün ciddi fəsadlar yarada bilər.

Tibb elmləri doktoru, infeksionist Adil Qeybulla Far.Az-ə  açıqlamasında bildirib ki, xəstəyə müalicə və diaqnostika təyinatını verəcək şəxs yalnız həkimdir:

"Çünki bu hüquq ona verilib. Həkimlər konkret sahə üzrə yetişmiş mütəxəssislərdir. Onlar xəstəni müayinə edərkən və müalicə yazarkən prsedurlar tərtib edə bilərlər. Başqa bir hüquqi şəxsin, hər hansı əczaçının və təbabət mütəxəssisinin xəstələrə müalicə təyin etmək hüququ yoxdur və bu, məsuliyyət yaradır. 

Təssüfflər olsun ki, bəzi aptek şəbəkələrində müxtəlif firmalarla əlaqəyə girərək həkim reseptlərini dəyişdirən, onun əvəzinə başqa dərmanlar satan apteklər mövcuddur. Bu, ciddi problem və bəladır. 

Fikrimcə, vətəndaşlara bununla bağlı xəbərdarlıq edilməlidir. Marifləndirmə aparılmalı, həmin aptek işçilərinə xəbərdarlıq olunmalı və müəyyən tədbilər görülməlidir. Bu cür praktika, koorparativ marağa yönəlik praktika qanunu tapdalayırsa, qanun öz mexanizmini işə salmalıdır. Bu, çox ciddi məsələdir və bizi narahat etməyə bilməz". 

Orxan Hüseyn

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər