Sumqayıtda sürət həddini aşan, təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olunub
Far.Az xəbər saytı

Sumqayıtda sürət həddini aşan, təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olunub


Polis əməkdaşları tərəfindən ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilaktik tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən Far.Az-ə verilən məlumata görə, Sumqayıt şəhərində həyata keçirilən növbəti tədbir zamanı yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olunub, onlarla maarifləndirici söhbətlər aparılıb.

Sürücülərə qanunvericiliyin tələbləri izah olunub, qayda pozuntularının digər hərəkət iştirakçılarına yaratdığı təhlükələr diqqətə çatdırılıb.

Sumqayıt şəhərində insanların istirahətini pozan, neqativ hərəkətlərə yol verən moped və motosiklet sürücülərinə qarşı vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

Oxşar xəbərlər

DİN ikitəkərli nəqliyyat vasitələri sürücülərini qaydalara riayət etməyə çağırıb
Yol polisi motokuryerlərə nəzarəti gücləndirib
Polisdən Bakı sakinlərinə xüsusi XƏBƏRDARLIQ - Yollarda...
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Səsboğuculara müdaxilə edən sürücülər saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər