Yol polisi motokuryerlərə nəzarəti gücləndirib
Motokuryerlərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması və qəzaların sayının minimuma endirilməsi məqsədilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik işlər aparılır.
DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələrini idarə edən sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması, sürət həddinin aşılması, təhlükəli manevrlər, işıqforun qırmızı işığında keçmə və digər qayda pozuntularına qarşı nəzarət gücləndirilib.
Bildirilib ki, keçirilən tədbirlərlə özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan sürücülər saxlanılır, onlarla profilaktik söhbətlər aparılır, mövcud qanunvericiliyin tələbləri barədə məlumatlar verilir, etdikləri qanun pozuntusunun digər vətəndaşlara yaratdığı çətinliklər izah olunmaqla bu halın yaratdığı təhlükələr onların diqqətinə çatdırılır.
"Bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələrini idarə edən sürücülərə müraciət edərək, onları təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, özlərinin və başqalarının həyat və sağlamlığına təhlükə yaratmamağa çağırırıq", - qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanda bu ilin 11 ayında 46 motosiklet və moped qəzası olub, 16 nəfər ölüb
Moped və motosikletlə "qəhrəmanlıq" edənlər - Qəza törədir, ziyan vurur...
455 kilometr yolu 5 saat 36 dəqiqəyə qət edən SÜRƏT QATARININ YAŞATDIĞI SEVİNC...
Yol polisi moped və skuter sürücülərinə müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb













