KİV: İsrail Suriyanın cənubuna yenidən zərbələr endirir
İsrail aviasiyası Suriyanın cənub bölgələrinə yeni zərbələr endirib.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Suriyanın "Al Watan" qəzeti məlumat yayıb.
Məlumata görə, bu dəfə iyulun 13-dən silahlı qarşıdurmaların getdiyi Əs-Suveyda ilə həmsərhəd olan Dəra əyaləti atəşə tutulub. Aviazərbələr nəticəsində ölənlərin sayı və onların vurduğu ziyan barədə hələlik məlumat yoxdur.
Bunun fonunda Suriya Mülki Aviasiya İdarəsi Dəməşq və Bəsrəni birləşdirən hava dəhlizlərindən birini müvəqqəti bağlamaq qərarına gəlib.
Xatırladaq ki, iyulun 13-də Əs-Suveyda əyalətində ərəb qəbilə silahlıları ilə druzların özünümüdafiə dəstələri arasında toqquşma olub. İyulun 15-də Suriya ordusu vəziyyəti sabitləşdirmək üçün eyniadlı vilayətin inzibati mərkəzinə daxil olub və oranı "təmizləməyə" başlayıb. Bundan bir qədər sonra İsrail vilayətin druz əhalisini qorumaq istəyini əsas gətirərək Suriyanın hərbi kalonlarını vurmağa başlayıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bu gün mülki aviasiya işçilərinin peşə bayramıdır
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













