"TikTok"da tanışına böhtan atan qadın cəzalandırıldı
Far.Az xəbər saytı

"TikTok"da tanışına böhtan atan qadın cəzalandırıldı


"TikTok"da tanışına böhtan atan qadın cəzalandırılıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərində baş verib.

Gədəbəy rayonunda qeydiyyatda olan və Sumqayıtda yaşayan Xəyalə Qəmbərovanın telefonu sındığı üçün özünə yeni telefon alıb. O, kontaktdakı telefon nömrələri silindiyi üçün "WhatsApp"da olan adsız nömrələrə işarə göndərərək, kontaktında olan nömrələri tapmaq istəyib. Bu vaxt ona tanımadığı bir nömrədən mesaj gəlir və həmin şəxs nəyə görə ona işarə göndərdiyini soruşub. Xəyalə vəziyyəti ona başa salıb və telefonunun kontaktındakı adların hamısının silindiyini bildirib. Amma həmin şəxs Xəyaləyə inanmayıb və onu təhqir edib. Xəyalə araşdırmalarla müəyyən edir ki, həmin şəxs onun sinif yoldaşından boşanan həyat yoldaşı Rəmziyyə Rüstəmovadır. Xəyalə qadını başa salmaq istəsə də, qadın ona sifarişlə yazdığını bildirib.

Amma söhbət bununla yekunlaşmayıb. R.Rüstəmova özünə məxsus sosial şəbəkə profillərində Xəyalə Qəmbərova barədə əxlaqsız məlumatlar yayıb və onun telefon nömrəsini həmin şəbəkələrdə paylaşıb, adını isə "Ər axtaran Xəyalə", "Evli kişilərə tamah salan Xəyalə" yazıb. Nəticədə Xəyalə Qəmbərovaya müxtəlif nömrələrdən zənglər gələrək ona əxlaqsız təkliflər edilib.

Çarəsiz qalan X.Qəmbərova məsələ ilə bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Məhkəmə araşdırması zamanı R.Rüstəmovanın X.Qəmbərovaya böhtan atması üzə çıxıb. Məhkəmənin hökmü ilə R.Rüstəmova 2 500 manat cərimə edilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər