Güzəştli şərtlərlə Qarabağda ev almaq istəyənlər üçün ŞAD XƏBƏR
"Azərbaycan Prezidentinin imzaladığı Fərmanla "İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda dəyişiklik edilib. Sənədlə ipoteka kreditinin verilməsinə dair yeni tələblər müəyyənləşib. Bununla da Qarabağ və Şərqi Zəngəzurda güzəştli şərtlərlə mənzilə sahib olmaq mümkün olacaq".
Far.Az xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.
Millət vəkilinin sözlərinə görə, yeni dəyişikliklərə əsasən, güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə işğaldan azad edilmiş ərazilərdə yaşayış sahəsinin qiymətinin 90 faizindən çox ola bilməz: "Digər dəyişiklik işğaldan azad olunan ərazilərdə ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın məcmu gəliri ilə bağlıdır. Belə ki, işğaldan azad edilmiş ərazilərdə yaşayış sahəsinin alınması məqsədilə verilən kredit məbləği borcalarının aylıq məcmu gəlirinin 75 faizindən çox olmamalıdır. Bu tələb ipoteka kreditinin məbləğinin kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən ilkin bazardakı yaşayış sahəsinin qiymətinin 60 faizindən az olduğu hallara şamil edilmir".
V. Bayramov qeyd edib ki, yeni qaydalar gənc ailələrin güzəştli şərtlərlə ipoteka kreditindən istifadə etməklə Qarabağ və Şərqi Zəngəzurda evə sahib olmasına imkan verəcək: "Bu, bir tərəfdən Qarabağda məskunlaşma prosesini daha da intensivləşdirəcək, digər tərəfdən isə işğaldan azad olunan ərazilərdə iqtisadiyyatın sürətli formalaşması və inkişafına dəstək olacaq. Bu da təbii ki, eyni zamanda gənclərimizin mənzil təminatının yaxşılaşdırılması baxımdan da vacibdir.
Bütövlükdə yeni dəyişikliklər həm güzəştli şərtlərlə Qarabağda mənzilə sahib olmağa, həm də həmin ərazilərimizin sosial-iqtisadi inkşafına töhfə verəcək".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydası dəyişib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabad sakini Aeroport yolundakı dəhşətli qəzada həlak oldu
-
Nurəli Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib
-
Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji və parıltı marafonu
-
Azercell Beynəlxalq Xalça Festivalında "Minlərlə ilmə, bir güc" xalçasını təqdim etdi
-
Sumqayıtda avtomobil yolu çöküb
-
"Met Gala 2026"nın ən çox müzakirə olunanları - SİYAHI













