Netanyahu İsrailin Qəzzadakı kilsəyə zərbəsindən sonra Roma Papasına zəng edib
Far.Az xəbər saytı

Netanyahu İsrailin Qəzzadakı kilsəyə zərbəsindən sonra Roma Papasına zəng edib


İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin Qəzzadakı Müqəddəs Ailə kilsəsinə mərmi düşməsindən sonra Roma Papası XIV Levə zəng edib.

Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxtın mətbuat xidməti məlumat yayıb.

"Söhbət zamanı Roma Papası yenidən danışıqların bərpasına, atəşkəsə və müharibənin dayandırılmasına çağırıb. O, Qəzza sektorunda yaranmış vəziyyətlə bağlı narahatlığını bir daha ifadə edib", - sənəddə qeyd olunur.

Roma Papası ibadət yerlərinin, Fələstin və İsrailin bütün sakinlərinin müdafiəsinin təxirəsalınmaz zərurətini yenidən vurğulayıb.

Daha əvvəl Netanyahu Qəzzadakı kilsəyə "təsadüfi mərmi" düşməsi ilə bağlı İsrailin təəssüfləndiyini bildirib. O, hadisənin araşdırıldığını və İsrailin "dinc sakinlərin və müqəddəs yerlərin müdafiəsinə sadiq qaldığını" bildirib.

Qəzzadakı yeganə katolik kilsəsinə zərbə nəticəsində üç nəfər həlak olub, doqquz nəfər yaralanıb.

Oxşar xəbərlər

Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakı Təşəbbüs Qrupu Korsikanın dekolonizasiyası prosesinə dəstək üçün Roma Papasına müraciət edib
Ermənistan-Azərbaycan münaqişəsinə münasibəti ilə seçildi, kilsədə inqilabi islahatlar apardı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər