İnsultdan qorunmaq üçün gün ərzində bu qədər su içmək lazımdır
Mütəxəssislər bildirirlər ki, mütəmadi olaraq su içmək insult riskini əhəmiyyətli dərəcədə azalda bilər. Su qanın normal qatılığını saxlamağa, qan dövranını yaxşılaşdırmağa, qan təzyiqini tənzimləməyə və ürək-damar sisteminə düşən yükü azaltmağa kömək edir.
Far.Az xəbər verir ki, bütün bunlar insultun profilaktikası üçün həyati əhəmiyyət daşıyır.
Orqanizmdə maye çatışmazlığı qanın qatılaşmasına, nəticədə trombların yaranma ehtimalının artmasına səbəb olur. Bu isə işemik insultun əsas səbəblərindən biri hesab olunur. Xüsusilə isti havalarda və yaşlı insanlarda susuz qalmaq çox təhlükəlidir.
İnsult riskini azaltmaq üçün gündəlik kifayət qədər təmiz su içmək lazımdır. Ümumi qaydaya görə, bədən çəkisinin hər kiloqramına 30–40 ml su düşür. Yəni 70 kiloqram çəkisi olan insanın gündə orta hesabla 2–3 litr arasında su içməsi tövsiyə olunur.
Suyu gün ərzində kiçik porsiyalarla, səhərdən başlayaraq içmək daha faydalıdır. Aç qarına içilən bir stəkan su orqanizmi "oyadır" və qanın axıcılığını yaxşılaşdırır. Yeməkdən 20–30 dəqiqə əvvəl su içmək, yeməkdən dərhal sonra isə çoxlu su içməkdən çəkinmək tövsiyə olunur.
Unutmaq olmaz ki, çay, qəhvə və şirin içkilər suyun yerini vermir – əksinə, susuzluğu daha da artıra bilər. Eyni zamanda, böyrək və ürək xəstəliklərindən əziyyət çəkən insanlar maye qəbulunu mütləq həkimlə məsləhətləşərək tənzimləməlidirlər.
Sadə, lakin güclü vasitə – su, ciddi fəsadlardan qoruyaraq, ürək-damar sağlamlığını qorumağın və insultdan müdafiənin əsas vərdişlərindən biridir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq













