"Qarabağ"ın rəqiblərini yaxından tanıyaq - 51 milyonluq "köhnə tanış"
"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şelburn" (İrlandiya) səddini keçəcəyi təqdirdə "Şkendiya" (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütündə üstün olan komanda ilə üz-üzə gələcək.
BAKU.WS "Köhlən atlar"ın potensial rəqibləri haqqında məlumatları təqdim edir:
İlk olaraq Şimali Makedoniya təmsilçisi "Şkendiya"ya nəzər salaq:
Nüfuzlu "Transfermarkt" portalına görə klubun hazırkı bazar dəyəri 5.5 milyon avrodur. Komanda ev oyunlarını 15 min azarkeş tutumuna malik "Ecolog Arena"da keçirir. Komandada 24 futbolçu çıxış edir, onların yaş ortalaması 25.2-dir. Komandanın heyətinin 10 nəfərini legionerlər təşkil edir, cəmi 1 futbolçu ölkə millisinə dəvət alıb.
"Şkendiya"nın ən bahalı oyunçusu qiyməti 600 min avro olan 26 yaşlı mərkəz müdafiəçisi Klisman Cakedir. Bu sırada onu 400 min avro dəyəri olan Reshat Ramadani izləyir.
Komandakı 43 yaşlı baş məşqçi Jeton Bekjiri çalışdırır.
FCSB klubunda isə vəziyyət belədir:
Rumıniya təmsilçisinin ümumi dəyəri 51,38 milyon avrodur. Komanda ev oyunlarını 55,634 min azarkeş tutumuna malik "Arena Ntionala "da keçirir. 34 nəfər futbolçusu olan komandanın heyətində cəmi 10 əcnəbi futbolçu yer alır. futbolçulardan 15-i milli komandalara dəvət alıb. Komandanın baş məşqçisi 44 yaşlı Elias Charalambousdur. Onunla müqavilə 2023-cü ildə bağlanıb. FCSB-nin ən bahalı oyunçusu 7 milyon avro dəyəri olan 27 yaşlı hücuma meyilli yarımmüdafiəçi Darius Olarudur. Onu 25 yaşlı mərkəz hücumçusu Daniel Birligea izləyir.
"Qarabağ"
Təmsilçimiz "Qarabağ"ın hazırkı bazar dəyəri 24.15 milyon avrodur. Komandanın heyəti 25 futbolçudan təşkil olunub, onlardan 14-ü legionerdir. Komandamızın Avrokubok oyunları 31 min tamaşaçı tutumuna malik Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunur. Təmsilçimizin heyətində ən bahalı futbolçu 2.5 milyon avro dəyəri olan 25 yaşlı sağ cinah müdafiəçisi Leandro Andradedir. Bu siyahıda onu 2 milyon avro dəyəri olan 21 yaşlı mərkəz hücumçusu Nəriman Axundzadə izləyir. Komandamızı 2008-ci ildən bugünədək 53 yaşlı baş məşqçi Qurban Qurbanov çalışdırır.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Avropa Liqası: “Qarabağ” FCSB klubuna məğlub olaraq pley-off şansını itirib - YENİLƏNİB-7
"Qarabağ"ın Avrokuboklardakı böyükhesablı qələbələri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub
-
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub













