Britaniya 135 tankeri və iki şirkəti Rusiya əleyhinə sanksiyalar siyahısına saldı
Far.Az xəbər saytı

Britaniya 135 tankeri və iki şirkəti Rusiya əleyhinə sanksiyalar siyahısına saldı


Böyük Britaniya 135 neft tankeri və iki şirkəti Rusiyaya qarşı sanksiya siyahısına daxil edib.

BAKU.WS xəbər verir ki, bu barədə məlumat Birləşmiş Krallığın Maliyyə Nazirliyinin saytında dərc olunub.

Nazirlik qeyd edib ki, sanksiyalar "Intershipping Services LLC" şirkətinə qarşı tətbiq olunur. Bildirilir ki, bu şirkət Rusiya "kölgə donanmasına" məxsus gəmiləri Qabon bayrağı altında qeydiyyata almaqla məşğuldur.

"Sanksiyalar həmçinin Rusiya neft nəhəngi "Lukoyl"la bağlı olan LITASCO MIDDLE EAST DMCC şirkətinə qarşı yönəlib. Şirkət Rusiyanın böyük həcmdə neftinin kölgə donanmasının gəmiləri ilə daşınmasında daimi rol oynayıb", - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, 18 iyulda Avropa İttifaqı Rusiyaya qarşı yeni - artıq 18-ci sanksiya paketini qəbul edib. Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib ki, bu yeni məhdudiyyətlər ən sərtlərindən biri olacaq və Kremlin hərbi büdcəsini kəskin azaldacaq. Litva rəsmiləri isə qeyd ediblər ki, bu sanksiyalar nəticəsində Moskvanın pulları tükənəcək.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"ABZASMEDiA"nın GÖRÜNMƏYƏN ÜZÜ: yarımmilyonluq qrant, qaçaq pullar, məxfi hesablar və s...
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər