Konqo kilsəyə hücum: Ən azı 38 nəfər həyatını itirib
Konqo Demokratik Respublikasında ibadət üçün kilsədə toplaşan insanlara silahlı hücum edilib. Nəticədə azı 38 nəfər ölüb, onlarla yaralı var.
Far.Az trt haber-ə istinadən xəbər verir ki, hadisə ölkənin İturi vilayətinin Komanda şəhərində baş verib. Hücumu "Müttəfiq Demokratik Qüvvələr" (ADF) adlı üsyançı qruplaşma həyata keçirib. Qurum 2019-cu ildən etibarən İŞİD terror təşkilatına sadiqlik andı içib.
Hücum zamanı kilsədə Katolik icmasına məxsus dindarlar ibadətdə olublar. Rəsmilərin açıqlamasına görə, 38 nəfər həyatını itirib, 15 nəfər yaralanıb və bir neçə nəfər barədə hələ də məlumat yoxdur.
Sakitliyin uzun müddət davam etdiyi bölgədə bu, son ayların ən qanlı hücumlarından biridir. ADF-nin son böyük hücumu bu ilin fevralında Mambasa bölgəsində olmuş və 23 nəfərin ölümü ilə nəticələnmişdi.
Qeyd edək ki, ADF əsasən müsəlmanlardan ibarət keçmiş Uqandalı üsyançılardan formalaşıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













