H1 Airport Express - 24 saat xidmətinizdə!
Artıq 10 ildir ki, Bakı şəhərinin mərkəzi nöqtələri ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanı arasında sərnişinlərin rahat və sürətli daşınmasını təmin edən H1 Ekspres marşrut xətti, şəhərin nəqliyyat infrastrukturunun mühüm hissəsini təşkil edir.
"BakuBus" MMC-nin istismarında olan bu xətt "28 May" və "Koroğlu" m/st ilə Hava Limanının 1 və 2-ci terminallarını birləşdirir. Müasir standartlara cavab verən H1 Ekspres marşrut xətti 24 saat fasiləsiz olaraq 15 dəqiqəlik intervalla fəalliyət göstərir.Səyahət müddəti təxminən 30 dəqiqə təşkil edir. Bundan əlavə, H1 Ekspres-in mərkəzi nöqtələrdə yerləşən dayanacaqları sərnişinlərin dəmir yolu, metrostansiyalar və avtovağzal kimi digər mühim nəqliyyat xidmətlərindən rahatlıqla istifadə etməsinə şərait yaradır.
Xətt üzrə xidmət göstərən "Neoplan" markalı müasir avtobuslar sərnişindaşıma üzrə beynəlxalq standartlara cavab verir. Avtobuslar geniş baqaj imkanı, havalandırma və soyutma sistemi ,marşrut xətti və dayanacaq məlumatlarını əks etdirən monitorlar, Wi-Fi xidməti ilə təchiz edilib.
H1 xətti üzrə gediş haqqı 1.30 AZN təşkil edir. Ödənişlər BakıKart, eləcə də m10 və Birbank mobil tətbiqləri vasitəsilə həyata keçirilir. Hava limanında quraşdırılmış bilet satış terminalları sərnişinlərə rahat şəkildə "BakıKart" əldə etməyə və balansı artırmağa imkan yaradır.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib
-
Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib
-
Tramp "Axios"un İranla bağlı məlumatını təkzib edib
-
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
Rusiyada zavodda baş verən yanğın nəticəsində ölənlərin sayı 13-ə çatıb - YENİLƏNİB-2













