Bakıda dişini çəkdirən qadın xərçəng oldu
Baku TV-nin qaynar xəttinə müraciət edən Leyla Hüseynova anasının stomatoloji müalicə zamanı səhlənkarlığa yol verildiyini iddia edir.
Onun sözlərinə görə, anası iki ay əvvəl diş ağrısı ilə 6 saylı poliklinikaya müraciət edib.
İddiaya əsasən, həkim Salam Məmmədov pasiyentin dişini rentgen müayinəsi aparmadan adi stomatoloji kabinet şəraitində çəkib.
Qadın bildirir ki, daha sonra anasının ağız boşluğunda təxminən 5 millimetrlik yara aşkarlanıb. Aparılan müayinələr və biopsiyadan sonra həmin yaranın bədxassəli olduğu məlum olub.
"Bir ay sonra ağız nahiyəsində yara gördüm. Həmin yara böyümüş və daha da yayılmışdı. Elmi-Tədqiqat İnstitutuna müraciət etdik və bizə biopsiya götürülməsinin vacib olduğu bildirildi. Nəticədə məlum oldu ki, bu, xərçəngdir. Biz pasiyent olaraq bunu əvvəlcədən bilmirdik. Həkim yaranı gördükdə bizi mütəxəssisə yönləndirməli idi", - deyə L.Hüseynova sözlərinə əlavə edib.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə sorğu ünvanlanıb.
Qurumdan bildirilib ki, səsləndirilən iddialarla bağlı Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən araşdırma aparılır. Tibbi protokollara uyğunsuzluq halları müəyyən ediləcəyi təqdirdə həkim-stomatoloq barəsində zəruri tədbirlər görüləcək.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Daşkəsəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində ödənişsiz tibbi müayinələr keçirilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib
-
Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib
-
Tramp "Axios"un İranla bağlı məlumatını təkzib edib
-
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
Rusiyada zavodda baş verən yanğın nəticəsində ölənlərin sayı 13-ə çatıb - YENİLƏNİB-2













