Səfir: Slovakiya və Azərbaycan qaz tədarükü sahəsində uzunmüddətli həllər axtarır
Slovakiya və Azərbaycan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üzərində işləyir.
"Report" xəbər verir ki, bu barədə Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov ölkənin Konstitusiya Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbirdə bildirib.
"Azərbaycan daha əvvəl enerji böhranı zamanı Slovakiyaya təbii qaz tədarük etməyə hazır olduğunu nümayiş etdirərək həmrəyliyini göstərib. Biz birlikdə gələcək üçün sabit və uzunmüddətli həll yollarının tapılması üzərində çalışırıq", - o qeyd edib.
E. Qasımov həmçinin Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakından danışıb.
"Biz Slovakiya şirkətlərinin postmünaqişə regionlarının bərpasında, xüsusən də Baş Qərvənddəki "Ağıllı kənd" layihəsində və general Milan Rastislav Ştefanikin adını daşıyacaq məktəbin tikintisində fəal iştirakı ilə fəxr edirik", - səfir deyib.
O qeyd edib ki, bu layihələr sayəsində Azərbaycan ərazisində Slovakiyanın uzunmüddətli iştirakı və irsi formalaşır.
Diplomat həmçinin bildirib ki, yaxın vaxtlarda iki ölkə arasında birbaşa hava əlaqəsi yaradılacaq.
"Bu, ölkələrimizi daha da yaxınlaşdıracaq, insanlar, biznes və tələbələr arasında əlaqələrin inkişafına kömək edəcək", – o əlavə edib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Buxarestdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib
-
Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib
-
Tramp "Axios"un İranla bağlı məlumatını təkzib edib
-
Rusiyada zavodda baş verən yanğın nəticəsində ölənlərin sayı 13-ə çatıb - YENİLƏNİB-2
-
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı













