İraqı sonuncu İtaliya hərbçisi tərk edib
İtaliya sonuncu hərbçilərinin İraqdan çıxarılmasını başa çatdıraraq bu ölkədə 12 illik hərbi mövcudluğuna son qoyub.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə İtaliya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Məlumata görə, 2026-cı ilin mart ayınadək Roma İraq Kürdüstanındakı hərbi bazaya gecə endirilən hava zərbəsindən sonra hərbi personalının böyük hissəsini İraqdan artıq çıxarmışdı.
İtaliyalı hərbçilər "İslam Dövləti" terror təşkilatına qarşı ABŞ-nin rəhbərlik etdiyi "Sarsılmaz qətiyyət" beynəlxalq əməliyyatında, həmçinin NATO-nun İraqdakı missiyasında iştirak ediblər. Sonuncu missiya konsultativ xarakterli idi və İraq təhlükəsizlik qüvvələrinin hazırlanmasına və potensialının artırılmasına yönəlmişdi.
İtaliya Müdafiə Nazirliyinin bəyanatına əsasən, İtaliya və NATO qüvvələri qoşunların bu bölgədən çıxarılmasını sentyabrın 30-dək başa çatdırmaqla bağlı yerli hakimiyyət orqanları ilə razılığa gəliblər.
İtaliyanın müdafiə naziri Qvido Krosetto bildirib ki, qoşunların çıxarılmasının başa çatması İraqın öz təhlükəsizliyini təmin etmək üçün daha çox məsuliyyət daşıması deməkdir.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
DSX-nin 270 hərbçisi mənzillə təmin olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib
-
Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib
-
Tramp "Axios"un İranla bağlı məlumatını təkzib edib
-
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
Rusiyada zavodda baş verən yanğın nəticəsində ölənlərin sayı 13-ə çatıb - YENİLƏNİB-2













