Lalə Azərtaş: "Arif Babayevi iki həftə əvvəl ziyarət etmişdim"
Far.Az xəbər saytı

Lalə Azərtaş: "Arif Babayevi iki həftə əvvəl ziyarət etmişdim"


Aparıcı Lalə Azərtaş mərhum Xalq artisti Arif Babayevlə olan görüntülərini paylaşıb. 

BAKU.WS xəbər verir ki, o sosial şəbəkədə yayımladığı videoda xanəndəni iki həftə əvvəl ziyarət etdiyini bildirib. 

"Sükut... Böyük itki… Böyük boşluq… Təxminən iki həftə əvvəl onu evində ziyarət etdim… Ağrı-acısını gizlədərək masaya əyləşib çox sevdiyi Gültəkin xanımın Qarabağ aşından yedik.  Sağollaşıb getmək istəyərkən heç vaxt unutmayacağım təbəssümlə "Sən sözünə düz xanımsan" deyərək məni alqışla, əl çala-çala yola saldı. Xanımına, qızı və nəvəsinə o niyə məni alqışla yola salır deyə gülümsədim. Axı alqışa laiq adam pdur! Alqışa, xoş sözlərə, sevgiyə, hörmətə, diqqətə laiq adam...  Bu gün biz onu alqışlarla yola salaq. Yeri cənnət adam... Allah Rəhmət etsin ustad...

Qeyd edək ki, 87 yaşlı Xalq artisti bu gün saat 06:00 radələrində ürək çatışmazlığından dünyasını dəyişib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər