İqtisadi Şuranın növbəti iclası keçirildi, tapşırıqlar verildi
Far.Az xəbər saytı

İqtisadi Şuranın növbəti iclası keçirildi, tapşırıqlar verildi


Bu gün İqtisadi Şuranın növbəti iclası keçirilib.

Bu barədə Far.Az-ə Nazirlər Kabinetindən xəbər verilib.

İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində "2026-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnozları"nın hazırlanması üçün mühüm əhəmiyyət kəsb edən büdcə-vergi siyasəti, "Azərbaycan Respublikasının Vergi Məcəlləsi"nə ediləcək dəyişikliklər və cari iqtisadi məsələlər müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə maliyyə naziri Sahil Babayevin, iqtisadiyyat naziri Mikayıl Cabbarovun və əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin təklifləri dinlənilib və İqtisadi Şuranın üzvləri tərəfindən müzakirələr aparılıb.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla aidiyyəti dövlət orqanlarına müvafiq tapşırıqlar verilib.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər