Alparslan Bayraktar: "Zəngəzur dəhlizi üzərindən enerji və logistika axını Türkiyəyə yönələcək"
Yaxın gələcəkdə Zəngəzur dəhlizi üzərindən bütün enerji resursları və logistik marşrutlar Türkiyəyə çatdırılacaq.
Far.Az report-a istinadən xəbər verir ki, bunu bu ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkiyə-Suriya qaz boru kəmərinin açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, hazırda Azərbaycandan elektrik enerjisi Gürcüstan üzərindən Türkiyəyə ötürülür.
"Eyni zamanda Orta Asiyadakı digər enerji mənbələri və logistik imkanlar da Azərbaycan üzərindən Türkiyəyə, oradan isə Avropaya çatdırılacaq", - deyə o qeyd edib.
A. Bayraktar əlavə edib ki, Azərbaycanın təbii sərvətlərinin - neft, qaz və elektrik enerjisinin Türkiyəyə ixracı ilə bağlı bütün layihələr paralel şəkildə və koordinasiyalı formada icra olunur:
"Bu istiqamətdə ciddi irəliləyişlər əldə olunub. İndiyədək həyata keçirilən əsas layihələr sırasında Bakı-Tbilisi-Ceyhan neft kəmərini, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərini və Naxçıvan-Türkiyə elektrik interkonnektorunu qeyd edə bilərəm", - deyə nazir vurğulayıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
-
Rusiya və Gürcüstan xüsusi nümayəndələr səviyyəsində birbaşa dialoqu bərpa edirlər













