Məhəmməd Əl Bəşir: "Azərbaycandan Suriyaya ilkin mərhələdə gündəlik 3,4 milyon kubmetr qaz ötürüləcək"
Far.Az xəbər saytı

Məhəmməd Əl Bəşir: "Azərbaycandan Suriyaya ilkin mərhələdə gündəlik 3,4 milyon kubmetr qaz ötürüləcək"


Artıq Azərbaycan qazının Türkiyə ərazisi vasitəsilə Suriyaya nəqli rəsmi şəkildə başlanıb.

Far.Az xəbər verir ki, "Report"un Türkiyənin Kilis şəhərinə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya çatdırılmasına başlanılması ilə bağlı keçirilən mərasimdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, hazırkı infrastruktur ildə 6 milyon kubmetr qazın nəqlinə imkan verir: "Hazırda ilkin mərhələdə gündəlik 3,4 milyon kubmetr təbii qazın ötürülməsi həyata keçiriləcək. Bu imkana və dəstəyə görə azərbaycanlı qardaşlarımıza təşəkkürümü bildirmək istəyirəm. Bu proses, əslində, ölkə prezidentimizin son səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşdən sonra mümkün olub".

M.Əl Bəşir əlavə edib ki, bu layihə birbaşa Suriya xalqının rifahına və ölkədə enerji təchizatının davamlı təmin olunmasına xidmət edəcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan qazı artıq Suriyada
Azərbaycan qazının Suriyaya nəqli başlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər