Hacı namizədləri şeytan daşlayıb, həcc ibadətini tamamladılar
Ərəfatda vəqfəyə duran və daha sonra avtobuslarla Müzdəlifəyə yollanan hacı namizədləri burada namaz qılıb, dua etdikdən sonra şeytan daşlama mərasimi üçün daş toplayıblar.
Far.Az xəbər verir ki, müsəlmanlar gecə yarısından etibarən qruplar halında təxminən 3,5 kilometrlik yolu piyada qət edərək Cəmərat bölgəsinə çatıb. Burada onlar böyük şeytan hesab edilən "Əqəbə Cəmrəsi"nə 7 daş atıblar.
Şeytan daşlama mərasimindən sonra zəvvarlar piyada şəkildə Kəbəyə gedərək ziyarət təvafı ibadətlərini yerinə yetiriblər. Daha sonra saçlarını qırxdıraraq ehramdan çıxıblar.
Beləliklə, həcc ibadətini tamamlayan müsəlmanlar hacı adını qazanıblar.
Məlumata görə, bəzi hacılar isə bayram günlərində ziyarət təvafı ibadətlərini davam etdirəcəklər.
Həcc mərasimləri boyunca zəvvarlara həm aidiyyəti şəxslər, həm də xeyriyyəçilər tərəfindən su, xurma və müxtəlif qidalar təqdim olunub.
Hacılar Qurban bayramının ikinci və üçüncü günlərində də şeytan daşlama mərasimini davam etdirəcəklər.
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub













