Günümüzdə ən təhlükəli qidalanma trendi nədir? – Həkimlər xəbərdarlıq edir
Son illər sağlam qidalanma adı ilə yayılan bəzi qida trendləri əks təsir göstərir.
Far.Az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, sosial şəbəkələrdə populyarlaşan "tez nəticə verən" pəhrizlər və qida rejimləri bir çox hallarda sağlamlıq üçün ciddi risklər yaradır.
Endokrinoloq-diyetoloqlar bildirir ki, hazırda ən təhlükəli trendlərdən biri detoks pəhrizləri və karbohidratsız qidalanmadır. Onun sözlərinə görə, bu cür qidalanma formaları bədəndə enerji çatışmazlığına, maddələr mübadiləsinin pozulmasına və hormonal tarazlığın pozulmasına səbəb olur.
Karbohidratları tamamilə kəsmək orqanizmi ac qalmağa məcbur edir. İnsan ilk həftələrdə çəki itirsə də, bu, əsasən su və əzələ kütləsidir. Uzunmüddətli təsiri isə daha təhlükəlidir – sinir sistemi zəifləyir, zehni performans aşağı düşür, qadınlarda menstruasiya pozuntuları yarana bilər.
"Detoks" adı ilə aclıq
Qısa müddətli "detoks" proqramları orqanizmin təmizlənməsinə yardımçı olmaq adı ilə təqdim olunsa da, həkimlər bunun bədənin təbii funksiyalarına zərər verdiyini bildirirlər. Qaraciyər və böyrəklər onsuz da orqanizmdəki toksinləri təmizləyir. Onları dəstəkləmək yerinə, aclıqla yükləmək əks nəticə verir.
Gündəlik menyuda balanslı şəkildə zülal, karbohidrat, yağ və liflər yer almalıdır;
Ekstremal pəhrizlərdən qaçmaq, əvəzində qidalanma vərdişlərini tədricən dəyişmək tövsiyə olunur;
Sosial mediada yayılan pəhrizləri tətbiq etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.
Ekspertlərin yekun çağırışı:
"Tez arıqlamaq istəyiniz sağlamlığınıza baha başa gələ bilər. Qidalanma mövzusunda dəbə yox, elmi əsaslara etibar edin".
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Detoks" içkiləri: Sağlamlıq üçün faydalı, yoxsa sadəcə trend?
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq













