Bakıda itkin sayılan 20 yaşlı qadın evi könüllü tərk edib
Far.Az xəbər saytı

Bakıda itkin sayılan 20 yaşlı qadın evi könüllü tərk edib


"Xəzər rayonu Buzovna qəsəbəsində yaşayan Ş.Bayrızadənin evdən xəbərsiz çıxaraq geri qayıtmaması barədə polisə məlumat daxil olub. Həmin şəxs axtarışa verilib".

Bu barədə Far.Az-ə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib. 

"İlkin axtarışlar nəticəsində polis onun şəxsi sosial şəbəkə hesabı vasitəsi ilə əlaqə saxlaya bilib. Ş.Bayrızadə könüllü olaraq evdən getdiyini bildirsə də olduğu yer barədə məlumat verməkdən imtina edib.

Hazırda həmin şəxsin yerinin müəyyən edilməsi və bu barədə yaxınlarına məlumat verilməsi istiqamətində əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər davam etdirilir",-deyə DİN rəsmisi əlavə edib.

Oxşar xəbərlər

Könül Behbudova: İtkin düşən şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistana təzyiq edilməlidir
Azərbaycanlı itkin ailələri bəyanat yayaraq beynəlxalq təşkilatlara çağırış edib - FOTO
Qaraçuxurda manyak peyda olub? - Polis həmin şəxsi tapdı
Bakıda itkin düşən qızlar 10 gün sonra tapıldı: Taksi sürücüsünün evində gizləniblər
Deputat: “Rus evi” Azərbaycanı yaxın günlərdə tərk etməlidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər