Dolların ucuzlaşması fonunda qızıl bahalaşır
Qızılın qiyməti dolların dünya valyutaları qarşısında dəyər itirməsi fonunda yüksəlir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ticarət məlumatları göstərir.
Bakı vaxtı ilə saat 19:01-ə olan məlumata görə, Nyu-Yorkun "Comex" birjasında dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 27,57 ABŞ dolları və ya 0,81 % artaraq 1 troy unsiyası üçün 3 427,37 ABŞ dolları təşkil edib. Sentyabr ayı üçün gümüş fyuçersləri isə 1,13 % artaraq 1 unsiya üçün 37,347 ABŞ dolları olub.
Dollar indeksi (ABŞ-nin ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) eyni zamanda 0,34 % azalaraq 98,8 bənd təşkil edib. Dolların zəifləməsi qızıla tələbi dəstəkləyir və onu başqa valyutada satın almaq üçün daha əlçatan edir.
Treyderlər ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) monetar siyasətinin perspektivlərini qiymətləndirirlər. "CME Group"un məlumatına görə, analitiklərin demək olar 86 %-i FED-in sentyabrda uçot dərəcəsini indiki illik 4,25-4,5 %-dən 4-4,25 %-ə endirəcəyini gözləyir.
Oxşar xəbərlər
İndiki qeyri-sabitlik şəraitində qızıl ən etibarlı yatırımdır: Pandemiyadan sonra enməyən qiymət - FOTO - ARAŞDIRMA
İsrail-İran münaqişəsi və valyuta bazarı: Dolların mövqeyi zəifləyə bilərmi?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ekspert: "Qızılın bir unsiyası 3 600 dollara qədər bahalaşa bilər"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb













