KİV: Tramp Rusiyanın kölgə donanmasına qarşı sanksiyalar hazırlayır
Donald Tramp administrasiyası Rusiya Prezidenti Vladimir Putinin cümə gününə qədər Ukraynada hərbi əməliyyatları dayandırmağa razı olmadığı təqdirdə Rusiya tankerlərinin kölgə donanmasına qarşı yeni sanksiyaların tətbiqi imkanını nəzərdən keçirir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ağ Evdəki daxili müzakirələrlə tanış olan mənbələrə istinadən "Financial Times" yazıb.
Söhbət Trampın yanvarda hakimiyyətə qayıtmasından sonra ABŞ-nin Rusiyaya qarşı sanksiyalarının ilk potensial genişləndirilməsindən gedir. Xüsusilə, Qərbin neft ixracına qoyulan məhdudiyyətlərindən yan keçmək üçün Moskvanın istifadə etdiyi gəmilərin qara siyahısı müzakirə edilir.
"Kpler" analitikasına görə, siyahılara 115 tanker əlavə edildikdən sonra onların nəql etdiyi Rusiya neftinin həcmi təxminən 4 dəfə - ayda 48 milyon bareldən 13 milyona qədər azalıb.
Rəsmilərin fikrincə, sanksiyalara baxılması Putinin atəşkəslə razılaşmaqdan imtina etməsi ilə bağlı Trampın qıcıqlanmasının artması ilə bağlıdır. Bu həftənin əvvəlində ABŞ Prezidenti Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla gələcək addımları müzakirə edib. "Rusiyaya qarşı sanksiyalardan danışdıq. Onların iqtisadiyyatı çökür və buna görə də bu təhdidlərə diqqətlə cavab verirlər", - Zelenski bildirib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan QHT-ləri ABŞ və Avropa İttifaqının məsul qurumlarının rəhbərlərinə açıq məktub göndərib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Naxçıvanda idarəçilik modeli yenilənir
-
DÇ-2026: Cənubi Koreya Çexiya üzərində əzmkar qələbə qazanıb
-
TƏBİB: 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib
-
9 nəfər işdən çıxarılıb, 31 nəfər məsuliyyətə cəlb edilib - TƏBİB
-
Azərbaycanda vergi borcları 3,3 milyard manatı keçib
-
Milli Məclis Qurtuluş günü ilə bağlı Prezidentə və Birinci vitse-prezidentə təbrik ünvanlayıb













