Arvadını qısqanclığa görə döyən şəxsin cəzası azaldıldı
Far.Az xəbər saytı

Arvadını qısqanclığa görə döyən şəxsin cəzası azaldıldı


Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Pənah Behbudzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Far.Az Pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib, Sabunçu Rayon Məhkəməsinin hökmü dəyişdirilib, ona təyin edilmiş beş ay müddətə azadlıqdan məhrumetmə cəzası üç aya endirilib.

İttihama görə, hadisə 5 mart 2025-ci il tarixdə, saat 20 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, Pənah Behbudzadə yaşadıqları evin qonaq otağında arvadı, zərərçəkmiş Maya Behbudzadə (adı, soyadı şərtidir) ilə qısqanclıq zəminində mübahisə edib. Bu zaman o, qəsdən yumruqla qadının üz və baş nahiyəsinə vurub, yerə yıxaraq ona yüngül zərər yetirib.

Hadisədən sonra Pənah Behbudzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə o, beş ay müddətə azadlıqdan məhrum edilib və dərhal məhkəmə iclas zalından həbs olunub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan ərazilərinin işğal edilməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər