"Nar" ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
Far.Az xəbər saytı

"Nar" ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq


Ölkənin sərfəli mobil operatoru "Nar" dövlət qəbul imtahanlarında ümumi qruplar üzrə ən yüksək nəticə toplayan ilk 10 abituriyenti mükafatlandıracağını elan edib.

Belə ki, mobil operator tərəfindən tələbələrə daha rahat ünsiyyət üçün müasir smartfonlar, prestijli "Nar"mobil nömrələri və 700 AZN məbləğində balans təqdim ediləcək.Layihənin məqsədi universitet həyatına yeni başlayan gənclərin nailiyyətlərinə töhfə vermək və ali təhsilə daha yüksək həvəslə yanaşmalarına dəstək olmaqdır.

Xatırladaq ki, "Nar"ın bu ənənəsi 2018-ci ildən qəbul imtahanlarında maksimal bal yığan tələbələrin mükafatlandırılması ilə başlayıb.

Təhsil hər bir sahə üzrə dayanıqlı inkişafın və səmərəli fəaliyyətin başlıca zəmanəti olduğundan elmin inkişafına dəstək "Nar"ın əsas korporativ sosial məsuliyyət istiqamətlərindən biridir.

"Nar"ın dəstəyi ilə təhsilininkişafına yönəlmiş sosial layihələr haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən "Nar" son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Yayda səyahət ediləcək sərfəli ölkələr - QİYMƏTLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər