Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü 15 sutka həbs edilib
Far.Az xəbər saytı

Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü 15 sutka həbs edilib


Avqustun 8-də Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Ekoloji nəzarət postunda "Hyundai" markalı, 48-AC-144 dövlət qeydiyyat nişanlı avtobus nəzarət qaydasında saxlanılıb.

DİN-in mətbuat xidmətindən Far.Az-ə verilən xəbərə görə, yoxlama zamanı nəqliyyat vasitəsini idarə edən Abşeron rayonu sakini İsrafil Quliyevin alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinə nəticəsində sürücünün sərxoş vəziyyətdə olduğu təsdiqlənib.

Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İ.Quliyevin sürücülük hüququ məhdudlaşdırılmaqla o, 15 sutka müddətində inzibati qaydada həbs edilib.

Oxşar xəbərlər

Ad və soyadlarda dəyişiklik etmək üçün nə edilməlidir? - AÇIQLAMA
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Ali Məhkəmə "Tiktok"da təhqir və böhtan atmaqda ittiham edilən şəxslərlə bağlı qərar verib
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər