Bu qidaları soyuducuda saxlamaq TƏHLÜKƏLİDİR
Soyuducu bir çox qidanın yeni qalamsını təmin edən əla vasitədir. Lakin bəzi qidalar var ki, soyuducuda saxlandıqda dadını və tərkibini itirə bilir, hətta zərərli də ola bilər. O səbəbdən bu qidaları soyuducuda saxlamaq məsləhət görülmür. Bəs bunlar hansı qidalardır?
BAKU.WS xarici KİV-ə istinadən həmin qidaların siyahısını təqdim edir:
Pomidorun soyuqda tərkibi dəyişir, "un kimi" və dadsız olur. Otaq temperaturunda, kölgədə saxlanılması məsləhət görülür.
Kartofun soyuqda nişastası şəkərə çevrilir və dadı dəyişir. Bişirərkən kanserogen (akrilamid) əmələ gələ bilər. Sərin, quru və qaranlıq yerdə (məsələn, zirzəmidə) saxlanılmalıdır.
Soğan soyuducuda nəm çox olduğu üçün tez yumşalır və kiflənə bilər. Quru və havalanan yerdə saxlanılmalıdır.
Çörək soyuqda tez bayatlayır, tərkibi pozulur. Otaq temperaturunda 2-3 gün saxlanılmalıdır. Daha uzun müddət üçün isə dondurucudan istifadə edin.
Banan soyuq temperaturda tez qaraldır və yetişmə prosesini dayanır. Otaq temperaturunda saxlanılmalıdır. Tam yetişdikdən sonra isə dondurmaq olar.
Avokadonun soyuq temperaturda yetişmə prosesi ləngiyir. Yetişməsini istəyirsinizsə otaq temperaturunda saxlayın. Yetişdikdən sonra soyuducuya qoya bilərsiniz.
Bal soyuducuda kristallaşır və qatılaşır. Otaq temperaturunda, qaranlıq və quru yerdə saxlanılmalıdır.
Sarımsaq soyuducuda nəm səbəbindən tez cücərir və kiflənə bilər. Quru, havalı yerdə saxlanılmalıdır.
Bitki yağı (zeytun yağı daxil) Bəzi yağlar (xüsusilə zeytun yağı) soyuducuda bərkiyir və bulanır. Otaq temperaturunda, günəş şüasından uzaq yerdə saxlanılmalıdır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib













