Ermənistanın hücumlarından zərərçəkmiş şəxs: "Qətlə yetirilmiş qardaşımın nəşi indiyədək tapılmayıb"
Bakı Hərbi Məhkəməsində avqustun 15-də keçirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş Lalə İsmayılova Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Zəngilan rayonundan məcburi köçkün düşdüyünü bildirib.
Far.Az report-a istinadən xəbər verir ki, L.İsmayılova qardaşının polis əməkdaşı olduğunu, digər 6 polislə birlikdə Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirildiyini deyib. Onların nəşləri indiyədək tapılmayıb.
Zərərçəkmiş Bikəxanım Quliyeva ifadəsində bildirib ki, yaşadığı Orta Yeməzli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən zaman dördotaqlı evi yandırılıb. B.Quliyeva deyib ki, özündən əvvəl ifadə verən L.İsmayılovanın qardaşı ilə birlikdə qətlə yetirilən polislərdən biri – İlham İmamqulu oğlu Quliyev – onun qardaşıdır.
B.Quliyev təqsirləndirilən şəxs Bako Sahakyanın vəkilinin suallarına cavabında kəndə hücum zamanı atəşlərin Ermənistanın Qafan rayonu istiqamətindən açıldığını bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Oxşar xəbərlər
Əsirlikdə işgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə veriblər
Azərbaycan ərazilərinin işğal edilməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
Kəlbəcərin işğalı zamanı məcburi köçkün düşən, yaralanan, mina qurbanı olan şəxslər məhkəmədə ifadə verib
Əsirlikdə Ermənistan silahlı qüvvələri tərəfindən xəsarətlər almış zərərçəkmişlər məhkəmədə ifadə veriblər
Ərazilərimizin işğalı zamanı əsir və girovluqda dəhşətli işgəncələrə məruz qalanlar məhkəmədə ifadə veriblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Şotlandiyada minlərlə insan Sİ üçün data-mərkəzlərin tikintisinə qarşıdır
-
INL: Qərbi Balkanın cinayət şəbəkələri ABŞ vətəndaşları üçün təhlükə yaradır
-
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib













