26 illik sevgi macərası bitdi - Çex həyat yoldaşından ayrıldığını açıqladı
Far.Az xəbər saytı

26 illik sevgi macərası bitdi - Çex həyat yoldaşından ayrıldığını açıqladı


"Çelsi"nin və Çexiya millisinin sabiq qapıçısı Petr Çex həyat yoldaşı Martina Çexovadan boşanıb. 

Far.Az xəbər verir ki, bununla da cütlüyün 26 illik eşq həyatı bitib. 

Bu barədə idmançı özü sosial şəbəkədə bildirib.

"Martina ilə 26 ildən sonra ayrılmaq qərarına gəldiyimizi ürək ağrısı ilə elan edirik. Biz yaxın dost olaraq qalırıq. Gözəl övladlarımızla inanılmaz dərəcədə qürur duyuruq" - deyə o bildirib. 

Xatırladaq ki, Petr və Martina 1999-cu ildə tanış olublar, 2003-cü ildə münasibətlərini qanuniləşdiriblər. Cütlüyün 17 yaşında  Adela adlı qızı və 16 yaşında Damian adlı oğlu var. 

Məlumat üçün bildirək ki, Çex karyerasının böyük hissəsini "Çelsi"də keçirib və burada dörd İngiltərə çempionu, Çempionlar Liqası və Avropa Liqası qazandı.

O, həmçinin "Arsenal", Fransanın "Renn", Çexiyanın "Sparta" və "Çmel" klublarında da çıxış edib.

Çex millidə ən çox oyuna (124) görə Çexiya rekorduna sahibdir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Vəkilliyə qəbulla bağlı imtahanda uğur qazanan şəxslərin adları açıqlanıb
Media nümayəndələri təltif edilib - Prezidentdən SƏRƏNCAM
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər