Lukaşenko Trampı Cənubi Qafqazda sülhün əldə olunmasındakı işinə görə təbrik edib
Far.Az xəbər saytı

Lukaşenko Trampı Cənubi Qafqazda sülhün əldə olunmasındakı işinə görə təbrik edib


Belarus Prezidenti Aleksandr Lukaşenko telefon danışığı zamanı Amerika lideri Donald Trampı Cənubi Qafqazda sülhün əldə olunmasında yaxşı işinə görə təbrik edib.

Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat katibi Natalya Eysmont məlumat verib.

Onun sözlərinə görə, ölkə liderləri İran və Yaxın Şərqi də müzakirə ediblər. "Lukaşenko əmindir ki, bu məsələlərdə də irəliləyiş əldə olunacaq", - o əlavə edib.

Daha əvvəl Trampın Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar üçün Alyaskaya getdiyi "Air Force One" təyyarəsində Lukaşenko ilə telefon danışığı apardığı bildirilmişdi.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin üçtərəfli sammiti keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Donald Trampın vasitəçiliyi ilə yeddi bəndlik birgə bəyannamə imzalayıb və "Sülhün və dövlətlərarası münasibətlərin bərqərar olması haqqında" sazişi paraflayıb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev Vaşinqtonda Azərbaycan KİV nümayəndələrinə müsahibə verib
Qlobal media Donald Tramp, İlham Əliyev və Nikol Paşinyan arasında görüşü diqqət mərkəzində saxlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər