Şamaxıda 15 yaşlı qız nişanlandı - Polis atanı məsuliyyətə cəlb etdi
Far.Az xəbər saytı

Şamaxıda 15 yaşlı qız nişanlandı - Polis atanı məsuliyyətə cəlb etdi


Şamaxı rayonunun Muğanlı kəndində 2010-cu il təvəllüdlü yeniyetmə qıza nişan mərasimi keçirilməsi barədə məlumat daxil olub.

Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, polis tərəfindən mərasimin qarşısı alınıb və hər iki tərəfin valideynləri ərazi üzrə polis orqanına dəvət olunub.

Onlarla profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri izah edilib. Yeniyetmənin atası barəsində İnzibati Xətalar Məcəlləsinin 189-1-ci (on altı yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olma) maddəsi ilə protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib.

Oxşar xəbərlər

Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Zərərçəkmiş Laçın sakini: İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu
Ad və soyadlarda dəyişiklik etmək üçün nə edilməlidir? - AÇIQLAMA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər