Yasamalda narkokuryerlər saxlanıldılar: 27 kq narkotik vasitə aşkarlandı
Yasamal rayonunda bir neçə gün əvvəl polis əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı saxlanılan 31 yaşlı Yusif Əliyev və qardaşı 33 yaşlı İlkinlə əlbir olan digər şəxslər də tutulublar.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş 64 yaşlı İlham Quliyev və 33 yaşlı İlkin Bağıyev saxlanılıblar. Onların avtomobilinə baxış zamanı 18 bükümdə ümumi çəkisi 11 kiloqram 465 qram olan marixuana aşkarlanıb.
Şöbə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha bir narkokuryer - əvvəllər məhkum olunmuş 36 yaşlı Rizvan Abıyev də saxlanılıb. Ondan isə 5 kiloqram 376 qram marixuana, 3 kiloqram 200 qram tiryək və narkotiklərin onlayn satışında istifadə etdiyi bank kartları aşkarlanıb.
Saxlanılan şəxslərin hər birinin şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girdikləri və ölkə ərazisində narkokuryerliyə cəlb edildikləri məlum olub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı, ümumilikdə, 27 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Kəngərlidə narkotik vasitələr və psixotrop maddələr məhv edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













