Azərbaycan Kubokunun 2025/2026 mövsümünün formatı açıqlanıb
Futbol üzrə Azərbaycan Kubokunda 2025/2026 mövsümünün formatı açıqlanıb.
Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayev bildirib.
PFL rəsmisi turnirdəki əsas dəyişikliyin final matçı ilə bağlı olduğunu xatırladıb:
"PFL olaraq digər ölkələrin də təcrübəsini nəzərə alaraq final qarşılaşmasının daha tez tarixdə - mayın 13-də keçirilməsinə qərar verdik. Bütün liqalarda iştirak edən komandalar kubok yarışlarına qatılacaqlar".
S.Abdullayev II Liqa təmsilçilərinin Azərbaycan Kubokunda mövsümə erkən mərhələdən start verəcəklərini söyləyib:
"Ardından qaliblərə 1-ci Liqa komandaları və Premyer Liqanı ötən mövsüm aşağı pillələrdə başa vurmuş komandalar qoşulacaq. Sonrakı mərhələdə isə Premyer Liqanı üst pillələrdə bitirmiş komandaları da mübarizədə görəcəyik. Ötən mövsümün qalibi "Sabah" püşkatma zamanı 1-ci səbətdə yer alacaq. Komandalar Premyer Liqa şərtləri əsasında mübarizə apacaqlar. Yəni məsələn, 1-ci Liqa komandaları heyətlərindəki legionerlərin hamısının xidmətindən əsas heyətdə yararlana biləcəklər".
Qeyd edək ki, ötən mövsümün finalında "Sabah" əsas vaxtı heç-heçə (2:2) yekunlaşan matçın əlavə vaxtında "Qarabağ"ı 3:2 hesabı ilə üstələyib.
Oxşar xəbərlər
Salyanda 43 yaşlı kişi məktəbli qıza təcavüz etdi
Əhməd İsmayılov: "Rəqəmsal çağırışlara uyğunlaşmaq hüquqi və sosial yanaşmalar da tələb edir"
Premyer Liqa klublarının rəsmiləri AFFA İcraiyyə Komitəsinin son qərarlarını müsbət qiymətləndirir - SORĞU
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub
-
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb













