Dünyada cinayətə görə ən sərt cəzalar tətbiq olunan ÖLKƏLƏR
Far.Az xəbər saytı

Dünyada cinayətə görə ən sərt cəzalar tətbiq olunan ÖLKƏLƏR


Dünyada bəzi ölkələr cinayətə görə ən sərt cəzaları tətbiq etməsi ilə diqqət çəkir. Bu ölkələrdə ölüm cəzası geniş şəkildə tətbiq olunur və bəzən qeyri-adi üsullarla həyata keçirilir.

Far.Az xəbər verir ki, Çin, dünya üzrə ən çox edamın həyata keçirildiyi ölkədir. Burada ölüm cəzası narkotik ticarəti, korrupsiya, dövlətə qarşı çıxış və digər ağır cinayətlər üçün tətbiq edilir. Rəsmi rəqəmlər açıqlanmasa da, beynəlxalq təşkilatlar minlərlə edamın həyata keçirildiyini bildirir.

İran və Səudiyyə Ərəbistanı da ölüm cəzasının geniş tətbiq olunduğu ölkələrdəndir. 2024-cü ildə İranda ən az 901, Səudiyyə Ərəbistanında isə 345 edam həyata keçirilib. Hər iki ölkədə ölüm cəzası narkotik cinayətləri, siyasi etirazlar və digər ağır cinayətlər üçün tətbiq olunur.

İraq, Misir, Vyetnam, Sinqapur, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri və Yəmən də sərt cəza sisteminə malik ölkələr arasındadır. Bu ölkələrdə edamlar və uzun müddətli həbs cəzaları xüsusilə narkotik cinayətlərinə, terrorizm və dövlətə qarşı çıxış hallarında tətbiq edilir.

Ekspertlər bildirir ki, bu ölkələrdə tətbiq olunan sərt cəzalar beynəlxalq hüquq və insan haqları təşkilatları tərəfindən tənqid olunur. Bir çox təşkilat, ölüm cəzasının ləğvini və daha humanist cəza sistemlərinin tətbiqini dəstəkləyir.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər