Vüqar Qurbanov Vətən müharibəsi iştirakçısına vəzifə verdi
Far.Az xəbər saytı

Vüqar Qurbanov Vətən müharibəsi iştirakçısına vəzifə verdi


Astara Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

BAKU.WS "Qaynarinfo"ya istinadla xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, Bahadır Allahverdi oğlu Əhmədov sözügedən vəzifəyə təyin olunub.

Qeyd edək ki, Bahadır Əhmədov "N" saylı hərbi hissənin tibbi xidmət rəisi vəzifəsində çalışıb. Zərdabın Qoruqbağı kəndindən olan tibb xidməti polkovniki "Vətən uğrunda" medalı ilə təltif edilib. O, Vətən müharibəsi dövründə cəbhənin ən qaynar bölgəsində yüzlərlə yaralımızın həyatının xilas edilməsində böyük xidmətlər göstərib.

Xatırladaq ki, Astara Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Oktay Əmənullayev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru təyin edilib.

Oxşar xəbərlər

VII çağırış Milli Məclisin deputatları - SİYAHI
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər