Ərdoğan: "Zəngəzur dəhlizi marşrutu üzrə dəmir yolu regional ticarəti artıracaq"
Far.Az xəbər saytı

Ərdoğan: "Zəngəzur dəhlizi marşrutu üzrə dəmir yolu regional ticarəti artıracaq"


"Qars-İğdır-Dilucu dəmir yolu (Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədində) regional əməkdaşlıq və inkişaf üçün güclü stimul olacaq".

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 22-də ölkənin şərqindəki İğdır vilayətində yeni dəmir yolunun tikintisinə başlanılması mərasiminin iştirakçılarına müraciətində bildirib.

R.T.Ərdoğan müraciətində Zəngəzur dəhlizi marşrutu üzrə dəmir yolu əlaqəsinin əhəmiyyətinə diqqət çəkib. Bu layihə Cənub-Şərqi Anadolu əyalətlərində, həmçinin Türkiyənin Aralıq dənizi bölgəsində ixracata, istehsala və turizmə təkan verəcək.

Qeyd olunur ki, Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə arasında dəmir yolu şəbəkələrinin genişləndirilməsi ümumilikdə regional ticarətə çox müsbət təsir göstərəcək.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Türkiyə mediası Laçında üç qardaş ölkənin liderlərinin Zirvə görüşünə geniş yer ayırıb
Azərbaycan Dəmir Yolları: 145 illik zəfər marşrutu və geosiyasi uğur hekayəsi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər