Salyanda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var
Far.Az xəbər saytı

Salyanda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var


Salyanda minik avtomobili yük maşını ilə toqquşub, 2 nəfər xəsarət alıb.

Far.Az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mersedes” markalı avtomobil “Kamaz” markalı yük maşınına çırpılıb və yük maşını yoldan çıxaraq aşıb.

Qəza nəticəsində Zaqatala rayon sakini, 1949-cu il təvəllüdlü Ağakərimov Qədir Hüseyn oğlu və Cəlilabad sakini, 1968-ci il təvəllüdlü Gözəlov Famil Məhəmməd oğlu müxtəlif dərəcəli xəsarətlərlə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Zaqatalada iki minik avtomobilinin toqquşması nəticəsində ərlə arvad ölüb - YENİLƏNİB 1 - FOTO
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
Türkmənçay müqaviləsinin yarıya böldüyü, Nəbatinin dəfn edildiyi Azərbaycan şəhəri - ARAŞDIRMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər