"Zeta Group" BWT Alpine F1 komandasının "LEGO" avtomobilini Bakıya gətirdi
Avqustun 26-da Crescent Mall və onun qonaqları unudulmaz anlara şahidlik etdi. F1® azarkeşləri və LEGO sevərlərin səbirsizliklə gözlədiyi gün gəldi – Zeta Group-a daxil olan The Entertainer və LEGO əməkdaşlığı çərçivəsində möhtəşəm BWT Alpine F1® Team A524 LEGO Big Build avtomobili ölkəmizdə ilk dəfə təqdim olundu.
Dünyada böyük maraq doğuran bu möhtəşəm LEGO avtomobili daha əvvəl Formula 1® Mayami Qran Prisi 2025-də parad zamanı nümayiş etdirilmiş, hətta Formula 1® pilotlarının və LEGO Group komandasının imzalarını da qazanmışdır.
Tam ölçülü Formula 1® avtomobilinin LEGO versiyası heyrətamiz göstəricilərə malikdir:
· 400,000 LEGO kərpici istifadə olunub
· 1500 kq çəkisi var
· Maksimal sürəti 20 km/saat təşkil edir
· Onun hazırlanması üçün LEGO Group-un Çexiyadakı Kladno fabrikində 26 peşəkar dizayner, mühəndis və LEGO ustası tərəfindən tam 22,000 saatlıq iş görülüb
Təqdimat mərasimi Crescent Mall ziyarətçiləri üçün əsl bayrama çevrildi. Qonaqlar yarışmalarda iştirak etdi, müxtəlif LEGO hədiyyələri qazandı, tədbirin ən böyük mükafatı isə The Entertainer-dən 300 AZN-lik hədiyyə kartı oldu.
Zeta Group-un təşkil etdiyi bu təqdimat sadəcə bir avtomobil sərgisi deyil, yaradıcılığın, texnologiyanın və LEGO kərpiclərinin sərhədsiz gücünün nümayişidir. Möhtəşəm BWT Alpine F1® Team A524 LEGO Big Build avtomobilini 26 sentyabradək Crescent Mall-da canlı izləmək mümkündür.
Qeyd edək ki, Zeta Group 2012-ci idən fəaliyyət göstərir və tərkibinə The Entertainer, Ted Baker, Pinko, Ipekyol, Carpisa, Life Fitness, 1st Fitness kimi markalar daxildir. Qeyd olunan brendlər Bakı şəhərin bütün iri ticarət mərkəzlərində təmsil olunurlar. Zeta Group-a daxil olan The Entertainer isə Azərbaycanın ən böyük LEGO satıcısı olmaqla yanaşı, həm də 5000-dən çox çeşidi ilə uşaqlar üçün tam təhlükəsiz, lisenziyalı oyunlar və dünyaca məşhur brendlərin məhsullarını təqdim edir.
Qalereya
Oxşar xəbərlər
Bakıda səsvermə davam edir - FOTOLENT
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanın vaxtilə işğalda olan ərazilərində "parad" üçün silahların Ermənistandan gətirildiyi etiraf edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Salyanda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var
-
Tramp jurnalistin sualına görə onu təhqir etdi
-
Avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR - Bu tarixdən...
-
Bakıda yağışlı havada ağır qəzaların ANBAAN VİDEOSU
-
Prezident: "Kommunikasiya texnologiyaları qeyri-neft iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilib"
-
2026 - "Alovlu qırmızı at" ili ilə bağlı ŞOK PROQNOZ - Hansı bürcləri uğur, hansılarını çətinliklər gözləyir?













