Ağ Ev CNN-i prezident təyyarəsinə buraxmayıb, onu mühafizəkar telekanalla əvəzləyib
Ağ Ev elan edib ki, bu gün Tennessi ştatının Noksvill şəhərinə yola düşəcək "Air Force One" prezident təyyarəsinin göyərtəsində CNN telekanalı ABŞ Prezidenti Donald Trampı müşayiət etməyəcək.
"Far.Az" xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.
Qeyd olunub ki, onun əvəzinə səfəri mühafizəkar telekanal "Real America's Voice News" işıqlandıracaq.
Məlumata görə, bu addım Tramp administrasiyası ilə ABŞ KİV-ləri arasında davam edən qarşıdurmanın bir hissəsinə çevrilib.
Münaqişə federal məhkəmənin müvəqqəti olaraq Tramp administrasiyasını CNN, MS NOW və "Politico" jurnalistlərinin Ağ Evə girişini bərpa etməyə məcbur etməsindən bir neçə gün sonra kəskinləşib.
Məhkəmənin qərarı jurnalistlərin akkreditasiyası və KİV nümayəndələrinin Ağ Evin ərazisinə girişinə aid idi. Lakin qərar onların prezidentin səfərlərini işıqlandıran jurnalistlər qrupunda iştirakına birbaşa aid deyildi.
Məhkəmənin qərarı prezidenti müşayiət edən jurnalistlər qrupunun formalaşmasına və jurnalistlərin prezidentin uçuşlarına buraxılması qaydasına birbaşa şamil edilmir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
-
Kəngərlidə avtomobil aşıb, bir nəfər ölüb
-
Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
-
Azərbaycanın Bolqarıstandakı səfirliyində Anım Günü ilə bağlı tədbir keçirilib
-
Azərbaycanın Yaponiyadakı səfirliyində şəhidlərin xatirəsi ehtiramla anılıb
-
Azərbaycan və GIP arasında əməkdaşlığın inkişafı müzakirə olunub













