Azercell qadınlara növbəti dəstək proqramına start verir
Mobil operator sosial layihə təkliflərini qəbul edir
Azercell "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik" strateji məqsədini rəhbər tutaraq, qadınların ictimai fəallığını artırmaq və sosial rifahını gücləndirmək məqsədilə növbəti sosial layihə müsabiqəsini elan edir.
Müsabiqəyə təqdim olunacaq layihələr qadınlarla bağlı aşağıdakı istiqamətlərdən birini əhatə etməlidir:
· bilik və bacarıqların inkişafı;
· sahibkarlıq və biznes sahəsində praktiki biliklərin öyrədilməsi;
· texnologiya və innovasiya sahəsində yeni bacarıqların formalaşdırılması;
· hüquq və maliyyə savadlılığının artırılması;
· sağlam həyat tərzinin təşviqi.
Seçim zamanı rəqəmsal inkişafı, inklüzivliyi və texnoloji həllər vasitəsilə həyat keyfiyyətinin yüksəldilməsini dəstəkləyən layihələrə üstünlük veriləcək. Layihələrin geniş auditoriyaya təsiri və davamlı icra imkanları da əsas meyarlar sırasında yer alacaq.
Qiymətləndirmənin şəffaflığını və obyektivliyini təmin etmək üçün təkliflər ölkədə bu sahə üzrə ixtisaslaşmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndiriləcək. Qalib layihələrin hər birinə 7.000 AZN-dək maliyə dəstəyi ayrılacaq. Yekun məbləğ münsiflərin qərarına əsasən müəyyən ediləcək.
Müsabiqədə yalnız qeyri-hökumət və qeyri-kommersiya təşkilatları iştirak edə bilər.
Layihə təklifləri 1-30 sentyabr 2025 tarixləri arasında Azərbaycan dilində aşağıdakı link vasitəsilə göndərilməlidir: https://forms.office.com/r/e3WYWvzXau
Müraciətə layihənin detallı büdcəsi əlavə edilməlidir.
Azercell bütün iştirakçılara uğurlar arzulayır!
Oxşar xəbərlər
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Azercell qadınlara növbəti dəstək proqramına start verir
Azercell “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı”na start verir
Azərbaycanın İKT sektoru: Rəqəmsal iqtisadiyyat dayanıqlı inkişafın yeni drayveri
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
-
Bakıya gəlmək istəyən erməni tankları
-
"44" bədii filminin növbəti tizeri yayımlanıb













