Hər bir insanın ildə bir dəfə verməli olduğu analizlər
Müntəzəm tibbi müayinələr xəstəliklərin erkən mərhələdə aşkarlanmasına və sağlamlığın uzun illər qorunmasına kömək edir. İnsan özünü yaxşı hiss etsə belə, profilaktik analizlər gizli problemləri üzə çıxara bilər.
Far.Az xəbər verir ki, ən vacib müayinələrdən biri ümumi qan analizi hesab olunur. Bu analiz orqanizmin vəziyyətini, hemoglobinin səviyyəsini, iltihabi proseslərin mövcudluğunu və daxili orqanların fəaliyyətində mümkün pozuntuları göstərir.
Bundan az əhəmiyyətli olmayan ümumi sidik analizi də aparılmalıdır. Onun köməyi ilə böyrəklərin fəaliyyəti izlənilir, iltihab və maddələr mübadiləsində pozuntular aşkarlanır.
Qanın biokimyəvi analizi də qaraciyər və mədəaltı vəzinin vəziyyətinə nəzarət üçün tövsiyə olunur. Bu analiz qanda şəkərin, xolesterinin, eləcə də həyati vacib orqanların işinə cavabdeh fermentlərin səviyyəsini göstərir.
Lipid profilinə də diqqət yetirmək lazımdır. "Pis" və "yaxşı" xolesterinin səviyyəsinin ölçülməsi ürək-damar xəstəlikləri risklərini qiymətləndirməyə imkan verir.
Qanda şəkərin səviyyəsinə nəzarət vacibdir. Bu, xüsusilə diabetə genetik meyilliyi olan və azhərəkətli həyat tərzi keçirən insanlar üçün önəmlidir.
Qadınlar və kişilər üçün əlavə tövsiyələr mövcuddur. Qadınların hormon fonunu yoxlaması və müntəzəm olaraq ginekoloq müayinəsindən keçməsi vacibdir. Kişilərə isə 40 yaşdan sonra prostat vəziyyətinin vəziyyətini nəzarətdə saxlamaq tövsiyə olunur.
Hər il əldə edilən əsas analiz nəticələri ilə terapevtə müraciət etmək, dəyişiklikləri vaxtında görməyə və lazım gəldikdə müvafiq ixtisaslı həkimə yönlənməyə imkan yaradır.
Müntəzəm müayinələr – gələcəyə edilən sərmayədir. Vaxtında aparılan diaqnostika ciddi problemlərin qarşısını almağa, sağlamlığı və həyat keyfiyyətini qorumağa imkan verir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Suyun müalicəvi gücü: "Nine Senses"də yeni texnologiya sağlamlığın bərpasına necə kömək edir?
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabadda açıq ərazi yanır
-
Lənkəranda üç gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb
-
Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü
-
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"...
-
Sumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü
-
Sumqayıt-Pirşağı-Bakı qatarı GECİKİR - 1 saat keçib













