Bakı, Şuşa və Lənkəran kolleclərinə yeni direktor müavinləri TƏYİN OLUNDU
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrləri ilə Nərmin Hətəmova Şuşa Humanitar Kollecinə tərbiyə işləri üzrə direktor müavini, Emil Vahabov Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinə tədris işləri üzrə direktor müavini, Aytən Ağayeva isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar.
Far.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Nərmin Hətəmova bakalavr təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində, magistratura təhsilini isə ABŞ-nin Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq ikili diplom proqramı üzrə tamamlayıb. O, 2010-cu ildən etibarən satınalma, logistika və insan resursları sahələrində müxtəlif təşkilatlarda fəaliyyət göstərib. Qeyd edək ki, Nərmin Hətəmova bu təyinatadək də Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecdə direktor müavini vəzifəsində çalışıb.
Emil Vahabov bakalavr təhsilini Naxçıvan Dövlət Universitetində, magistratura təhsilini isə Lənkəran Dövlət Universitetində başa vurub. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda doktorantura təhsilini davam etdirir. Azərbaycanda və xaricdə 20-dən çox elmi məqalənin müəllifidir. O, 2003-2023-cü illərdə Lənkəran rayonu M.Bağırov adına Girdəni kənd tam orta məktəbində biologiya və kimya müəllimi kimi çalışıb, 2023-cü ildən isə Masallı rayonu Boradigah qəsəbəsi N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edib.
Aytən Ağayeva M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda bakalavr təhsili alıb. O, 1999-2005-ci illərdə Qəbələ rayonu Zarağan kənd 1 saylı orta məktəbində rus dili müəllimi kimi fəaliyyət göstərib. 2009-2010-cu illərdə Bakı Slavyan Universitetində Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə yenidənhazırlanma kursunu bitirib. A.Ağayeva 2010-cu ildən etibarən UNEC nəzdində Qida Sənayesi Kollecində müxtəlif vəzifələrdə çalışıb, 2017-ci ildən son təyinata qədər isə şöbə müdiri vəzifəsini icra edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bu universitetlər rus bölməsinə ixtisas seçimini dayandırdı
200 və aşağı bal toplayanlar bu ixtisaslarda oxuyur - SİYAHI
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb













