Gənclərdə qəfil ürək dayanmalarının xəbərçisi açıqlandı - Bu hallar varsa həkimə gedin
Far.Az xəbər saytı

Gənclərdə qəfil ürək dayanmalarının xəbərçisi açıqlandı - Bu hallar varsa həkimə gedin


Şüurun itirilməsi, qıcolmalar, sürətli nəbz, ürəkbulanma, qusma və yüksək hərarət ən çox gənclərdə qəfil ürək dayanmasından əvvəl müşahidə olunur.

BAKU.WS xəbər verir ki, bu, Göteborq Universitetinin (İsveç) alimlərinin gəldiyi nəticədir. Tədqiqatın nəticələri Avropa Kardiologiya Cəmiyyətinin (ESC) konqresində təqdim olunub.

Belə ki, elmi iş İsveçdə 2000-2010-cu illər arasında baş vermiş 900-dən çox qəfil ürək ölümü hadisəsini əhatə edib. Təhlil zamanı həm uşaqlar (bir yaşdan 18 yaşa qədər), həm də böyüklərdən (36 yaşa qədər) məlumatlar nəzərə alınıb.

Alimlər ölüm şəhadətnamələrini, tibbi tarixçələri və yarılma hesabatlarını öyrəniblər ki, bu da onlara təkrarlanan nümunələri müəyyən etməyə imkan verib. Ölənlərin orta yaşı 23 olub və onların 64 faizi kişilər olub.

Xəstələrin təxminən üçdə biri ölməzdən əvvəl bir il yarım ərzində tibbi yardıma müraciət edib. Çox vaxt xəstələr huşunu itirmə, yüksək hərarət, qıcolma, qusma, sürətli ürək döyüntüsü, ürəkbulanmadan şikayətlənib. Tədqiqatçıların fikrincə, belə incə əlamətlərin erkən tanınması həkimlərə gənc xəstələrdə ani ölümün qarşısını vaxtında almağa kömək edə bilər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Elmi Nəşrlər" Azərbaycanda: əməkdaşlığın genişləndirilməsi və alimlərin dəstəyi
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər